Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman” Almaniya və Avrozona üçün böyümə proqnozunu artırıb.
Banco.az xəbər verir ki, “Goldman Sachs” Almaniya və Avrozonaya dair 2025-ci il iqtisadi artım proqnozunu yüksəldib.
Banka görə, hərbi və infrastruktur xərclərinin artma ehtimalı bu qərarın əsas səbəblərindən biridir.
“Goldman Sachs” Almaniya üçün 0,2 faiz bəndi artımla 0,2% iqtisadi böyümə proqnozlaşdırır.
Çərşənbə günü gec saatlarda yayımlanan qeyddə bank Avrozona iqtisadi artımının 0,1 faiz bəndi yüksələrək 0,8%-ə çatacağını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!