Müəllif:Ayşən İmanova/Banco.az
Almaniya Ukraynaya humanitar yardım kimi daha 30 milyon avro ayıracaq.
Banco.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən brifinqdə deyib.
"Biz NATO çərçivəsində Ukrayna üçün 63,5 milyon avro ayırmağa davam edirik və ikitərəfli əsasda humanitar yardım üçün daha 30 milyon avro ayırırıq", -
deyə nazir bildirib.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Almaniya Kiyevə hərbi dəstək üçün gələcək xərclərə təxminən 28 milyard avro ayırmağı öhdəsinə götürüb. 2025-ci ilin büdcəsi haqqında sazişə uyğun olaraq, Almaniya Ukraynaya hərbi dəstək üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.
Lakin büdcə hələ Bundestaq tərəfindən təsdiqlənməyib.