Almaniya ÜDM-nin iki faizini müdafiə sahəsinə ayıracaq | Banco.az

Almaniya ÜDM-nin iki faizini müdafiə sahəsinə ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, ölkəsi mövcud büdcə böhranına baxmayaraq, 2024-cü ildə ümumi daxili məhsulun (ÜDM) iki faizini müdafiə xərclərinə ayıracaq.

Banco.az xəbər verir ki, nazir  Annalena Baerbok bu barədə “X” sosial media platformasında açıqlama verib.

Ötən iki il ərzində sülhün, azadlığın və təhlükəsizliyin hətta Avropada belə qorunmasının əhəmiyyətini kəskin formada gördüklərini vurğulayan nazir, “Belə bir vaxtda biz NATO müdafiə qalxanını birlikdə gücləndirməliyik”, deyə bildirib.

“Müttəfiqliyimizə birgə sərmayə qoymağımız da vacibdir. Almaniya 2024-cü ildə ÜDM-nin iki faizini müdafiə sahəsinə xərcləyəcək”, - Baerbok bəyan edib.

“Vəziyyət nə qədər ağır, nə qədər yorucu olsa da, nə qədər çıxılmaz görünsə də, Ukrayna bizə ehtiyac duyduğu müddətcə, biz onu dəstəkləyəcəyik”, deyə vurğulayan nazir gələn il Ukraynada mümkün qədər çox kənd və qəsəbənin azad edilməsi üçün çalışdıqlarını dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram