Almaniya təbii qazla bağlı bu ölkələrlə müqavilə bağlamaq istəyir | Banco.az

Almaniya təbii qazla bağlı bu ölkələrlə müqavilə bağlamaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya təbii qazla bağlı İsveçrə və İtaliya ilə müqavilə bağlamaq istəyir.

Banco.az xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyi fövqəladə qaz çatışmazlığı vəziyyətində qarşılıqlı dəstək vermək üçün İsveçrə və İtaliya ilə üçtərəfli həmrəylik sazişi bağlamaq istədiklərini bəyan edib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Açıqlamaya görə, Almaniyanın sözügedən təklifi iqtisadiyyat naziri Robert Habek tərəfindən Davos görüşündə dilə gətirilib.

Həmçinin qeyd olunub ki, Almaniya artıq Danimarka, Çexiya və Avstriya ilə təbii qazla bağlı həmrəylik sazişləri imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et