Almaniya Suriya və qonşu ölkələrin vətəndaşlarına 1 milyard avrodan çox yardım ayıracaq | Banco.az

Almaniya Suriya və qonşu ölkələrin vətəndaşlarına 1 milyard avrodan çox yardım ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya vətəndaş müharibəsinin nəticələrini yüngülləşdirmək üçün Suriya vətəndaşlarına və region dövlətlərinə əlavə olaraq 1 milyard avrodan çox vəsait ayıracaq.

Banco.az xəbər verir ki, bunu Brüsseldə keçirilən donor konfransında Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner deyib.

Xüsusilə, 1 053 milyard avro Suriya və qonşu ölkələrin sakinlərini dəstəkləmək üçün nəzərdə tutulub. Eyni zamanda, Lindner Almaniyanın nöqteyi-nəzərindən heç bir qaçqının zorla bölgəyə qaytarıla bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bazar ertəsi Brüsseldə Suriya donorlarının 8-ci konfransı başlayıb. Avropa İttifaqı İordaniya, İraq, Livan və Türkiyədəki suriyalılara və qaçqınlara yardım üçün 2,12 milyard avro ayırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram