Müəllif - Aida İsaq, Banco.az
Almaniya Rusiyanın nüvə sektorunun Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketinə daxil edilməsini dəstəkləyib.
Banco.az xəbər verir ki, bunu Almaniya İqtisadiyyat Naziri Robert Habek bildirib. Onun sözlərinə görə, nüvə texnologiyası olduqca həssas mövzu olduğu üçün bu məsələdə Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmək olmaz. Nazir həmçinin Moskvanın öz enerji resurslarından təzyiq göstərmək üçün istifadə etdiyini qeyd edərək Rusiyanın mülki nüvə sektorunun növbəti məhdudiyyətlər paketinə daxil edilməsinin zəruriliyi vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!