Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq | Banco.az

Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq

Müəllif: Ayşən İmanova, Banco.az

Almaniya Qəzza zolağının əhalisinə daha 50 milyon avroluq humanitar yardım ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, yeni tranş nəzərə alınmaqla, 2023-cü ildən indiyədək Berlindən Qəzzalılara verilən dəstəyin həcmi 360 milyon avronu keçib.

“İordaniyadakı suriyalı qaçqınlara humanitar yardım da 12,7 milyon avro artırılacaq”, - Berbok vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, İordaniyaya humanitar yardım 2024-cü ildə 63 milyon avroya yüksələcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, Almaniya “İordan dəhlizi” adlanan yol boyunca yük maşınları tərəfindən yardımın tədarükünü davam etdirmək üçün əlavə 5 milyon avro ayıracaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram