Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya hökuməti qaçqınlar üçün 7500 avro ayıracaq.
Banco.az xəbər verir ki, Almaniyada aylarla davam edən müzakirələrdən sonra federal hökumət və ştatlar qaçqın böhranının maliyyə yükünü bölüşmək barədə razılığa gəliblər.
Baş nazir Olaf Şolz Berlində keçirilən sammitdə miqrasiya ilə bağlı resurs məhdudiyyətləri olan əyalətlərin baş nazirləri ilə görüşüb.
Daha sonra o, federal hökumətin 2024-cü ilin yanvar ayından etibarən federal ştatlar tərəfindən qəbul edilən hər qaçqın üçün 7500 avro ödəyəcəyini açıqlayıb.
Almaniyaya qeyri-qanuni immiqrasiyanın azaldılmasının ümumi məqsədləri olmaqda davam etdiyini dilə gətirən Şolz bununla bağlı bir sıra konkret tədbirlər haqqında da razılığa gəldiklərini söyləyib.
Bildirilib ki, qeyri-qanuni immiqrasiyanı azaltmaqla Almaniya hökuməti mövcud resursları ölkədə həqiqətən müdafiəyə ehtiyacı olanların sığınacağına yönəltməyi hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!