Almaniya ötən il təxminən 800 min elektrik avtomobili ixrac edib | Banco.az

Almaniya ötən il təxminən 800 min elektrik avtomobili ixrac edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya 2023-cü ildə təxminən 800 min elektromobil ixrac edib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkənin 2023-cü il üzrə elektromobillərin xarici ticarət məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Almaniyanın ötən il elektrik avtomobili ixracatı əvvəlki ilə görə 58 faiz artaraq 786 min ədədə çatıb. Sözügedən ixracın dəyəri 36 milyard avro olaraq qeyd edilib.

Alman elektrik avtomobilləri üçün 2023-cü ildə ən əhəmiyyətli alıcı ölkə 15,6 faizlə Hollandiya olub. Bu ölkəni 13,4 faizlə İngiltərə, 12,4 faizlə Belçika izləyib.

Ölkənin elektrik avtomobil idxalı isə 2023-cü ildə 23,5 faiz artaraq təxminən 446 min ədədə çatıb və bunun üçün 14,1 milyard avro ödənilib.

Almaniyaya sözügedən dövrdə elektrik avtomobillərinin əksəriyyəti Çindən gətirilib. Çinin payı 29 faiz olduğu halda, bu ölkəni 9,9 faizlə Cənubi Koreya və 9,3 faizlə Çexiya izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən il Almaniyadan ixrac edilən hər 4 yeni avtomobildən birinin elektriklə olması və ölkənin 2023-cü ildə idxal etdiyindən daha çox elektrik avtomobili ixrac etməsi də diqqət çəkən məqam olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram