Almaniya ötən il Çinə rekord sərmayə qoyuluşu həyata keçirib | Banco.az

Almaniya ötən il Çinə rekord sərmayə qoyuluşu həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman şirkətləri ötən il Çinə rekord məbləğdə - 11,5 milyard avro sərmayə qoyub.

Banco.az xəbər verir ki, Alman İqtisadiyyat İnstitutunun (IW) hesablamalarına görə, 2016-cı ildən bəri alman şirkətlərinin Çinə davamlı azalmağa başlayan investisiyaları son iki ildə əhəmiyyətli dərəcədə artıb.

IW-nin məlumatlarına görə, Almaniya hökumətinin Çindən iqtisadi asılılığı ilə bağlı artan narahatlıqlara baxmayaraq, alman şirkətləri ötən il ölkəyə rekord məbləğdə, yəni 11,5 milyard avro sərmayə qoyub. Alman şirkətlərinin Çinə yatırdıqları sərmayələrin əksəriyyəti bu ölkədən əldə etdikləri mənfəət hesabına həyata keçirilib.

“Rhodium Group”un keçən il apardığı araşdırmaya görə, 2019-2021-ci illər arasında Çinə yatırılan alman investisiyalarının üçdə biri ölkənin üç ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” (VW), “BMW” və “Mercedes-Benz” şirkətləri, eləcə də “BASF” kimyəvi qrupundan gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et