Almaniya iqtisadiyyatında daralma gözlənilir | Banco.az

Almaniya iqtisadiyyatında daralma gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) ölkə iqtisadiyyatının ilin I rübündə daralmağa davam edəcəyini proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) ölkənin fevral ayı üzrə iqtisadi barometrini açıqlayıb.

Müvafiq olaraq, iqtisadi barometr fevral ayında 8 bənd azalaraq 83,2 punkt olub.

Açıqlamada barometrin Ümumi Daxili Məhsulun (ÜDM) orta artımını göstərən 100 punktdan hələ də çox uzaq olduğu və ilin birinci rübündə ölkə iqtisadiyyatının ehtimal ki, daralacağı bildirilib.

“2023-cü ilin dördüncü rübündə ÜDM-in 0,3 faiz daralmasından sonra, 2024-cü ilin birinci rübündə ÜDM-də kiçik bir artım olacağına dair ümidlər azalır”, deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, ev təsərrüfatlarının alıcılıq qabiliyyətini aşağı salan yüksək inflyasiyanın təsiri ilə 2023-cü ilin son rübündə əvvəlki rüblə müqayisədə 0,3 faiz kiçilən Almaniya iqtisadiyyatı 2024-cü ilin ilk rübündə də daralacağı təqdirdə texniki olaraq tənəzzülə girəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram