Almaniya iqtisadiyyatında daralma gözlənilir | Banco.az

Almaniya iqtisadiyyatında daralma gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bundesbank yüksək enerji xərcləri səbəbindən iqtisadiyyatın gələn il daralacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, iqtisadi proqnozlarını yeniləyən Almaniya Mərkəzi bankı (Bundesbank) ölkə iqtisadiyyatının 2023-cü ildə 0,5 faiz kiçiləcəyini gözləyir. Əvvəlki proqnoz isə 2,4 faiz artım istiqamətində idi.

Bankın 2024-cü il üzrə artım proqnozu da 1,8 faizdən 1,7 faizə endirilib. Builki artım proqnozu isə 1,9 faizdən 1,8 faizə enib.

2023 və 2024-cü illər üçün inflyasiya proqnozları da yuxarı istiqmətli yenidən nəzərdən keçirilib. Belə ki, 2022-ci il proqnozu 7,1 faizdən 8,6 faizə yüksəldiyi halda, 2023-cü il proqnozu 4,5 faizdən 7,2 faizə, 2024-cü il proqnozu isə 2,6 faizdən 4,1 faizə yüksəlib.

Xatırladaq ki, Avropa Mərkəzi Bankı (ECB) dünən faiz dərəcəsini 50 bənd artıraraq 2 faizə qaldırmış, bankın prezidenti Kristin Laqard isə faiz artımlarının gələn il də davam edəcəyi mesajını vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram