Almaniya iqtisadiyyatı durğunluğa düşməkdən son anda xilas oldu | Banco.az

Almaniya iqtisadiyyatı durğunluğa düşməkdən son anda xilas oldu

Almaniya iqtisadiyyatı, ötən ilin dördüncü rübündə əvvəlki rüb ilə müqayisədə dəyişməyərək (0 faiz), durğunluğa düşməkdən son anda xilas olub.

Almaniya Federal Statistika Bürosunun (Destatis) məlumatlarına görə, ölkədə mövsüm və təqvim təsirlərindən təmizlənmiş ümumi daxili məhsul (ÜDM), 2018-ci ilin dördüncü rübündə həmin ilin üçüncü rübü ilə müqayisədə dəyişməyib. Almaniya iqtisadiyyatı ötən ilin üçüncü rübündə 0,2 faiz kiçilmişdi. Beləliklə Avropanın ən böyük iqtisadiyyatı durğunluğa düşməkdən son anda xilas olub.

Ardıcıl iki rüb ərzində azalması halında iqtisadiyyata durğunluq diaqnozu qoyulur.

Mütəxəssislər, ixracata əsaslanan Almaniya iqtisadiyyatında artıma, zəif qlobal tələbin, ABŞ və Çin arasındakı ticarət müharibəsinin və Brexit-in mənfi təsir etdiyini vurğulayırlar.

Avropanın lokomotiv ölkəsi Almaniyada iqtisadiyyat ötən il 1,5 faiz artmışdı. Artım sürəti 2017-ci illə müqayisədə aşağı düşmüşdü. Almaniya hökuməti, iqtisadiyyatın bu il 1 faiz artacağını gözləyir.

marja