Almaniya iqtisadiyyatı 2022-ci ildə artım göstərib | Banco.az

Almaniya iqtisadiyyatı 2022-ci ildə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya iqtisadiyyatı 2022-ci ildə 1,9 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı məlumatlara görə, ölkədə ÜDM 2022-ci ildə 1,9 faiz artaraq bazar gözləntilərini üstələyib. Ekspertlər 1,8 faiz artım gözləyirdilər.

Beləliklə, Almaniya iqtisadiyyatı enerji böhranı səbəbindən 2021-ci ildəki 2,6 faizlik artımı keçə bilməyib. 

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi, təchizat problemləri və enerji böhranına baxmayaraq, Almaniya iqtisadiyyatı ötən ili artımla başa vurmağa nail olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram