Almaniya illik müdafiə xərclərini 80 milyard avroya çatdırmağı planlaşdırır | Banco.az

Almaniya illik müdafiə xərclərini 80 milyard avroya çatdırmağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya hökuməti 2028-ci ildən etibarən illik müdafiə xərclərini 80 milyard avroya çatdırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

O xatırladıb ki, 2017-2018-ci illərdə Almaniyanın bu xərcləri 37 milyard avro təşkil edib. Hazırda isə ölkənin müdafiə xərcləri 2 dəfə artaraq ildə 76 milyard avroya çatıb.

Şolts bildirib ki, Berlin NATO meyarlarının tələb etdiyi kimi, mütəmadi olaraq ÜDM-in 2%-ni müdafiəyə xərcləyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram