Müəllif - Aida İsaq, Banco.az
Almaniya hökuməti noyabrın 2-də qazın qiymətinin yuxarı həddi ilə bağlı təklifləri və 2023-cü il üçün 91 milyard avro subsidiyaların ayrılması ilə bağlı müzakirələr aparacaq. Banco.az xəbər verir ki, qanun layihəsi istehlakçılara dəstək məqəsdi ilə təklif olunub.
Belə ki, layihənin təsdiqi məişət istifadəsi zamanı qazın 80 faizə qədərini güzəştli sabit qiymətlə, sənaye sahələrinə isə 70 faizə qədərini almağa imkan verəcək. Hökumət qazın qiymətinin yuxarı həddi üçün lazımi xərcləri dövlət borcunu artırmaqla qarşılayacaq.
İlkin məlumatlara əsasən, enerji xərclərinin azaldılması üçün subsidiyaların ümumi məbləği 200 milyard avro təşkil edəcək. Eyni zamanda buraya qaz vergisinin 19 faizdən 7 faizə endirilməsi və digər tədbirlər daxildir.
Qeyd edək ki, Almaniya ölkənin qaz anbarlarının doldurulması planı öhdəliyini tamamlayıb. Ölkə üzrə yeraltı qaz anbarlarının doluluq səviyyəsi 98,52 faiz təşkil edir. Almaniya Rusiyadan enerji asılılığını minimuma endirməyə və eyni zamanda ölkədə geniş enerji böhranını aradanq aldırmaq üçün qaz ehtiyatı toplamağa çalışır. Ancaq “Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, Almaniyanın yeraltı anbarlarındakı qaz ehtiyatları sadəcə 2-2,5 ay üçün kifayət edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!