Müəllif - Aida İsaq, Banco.az
Almaniya gələn il Rusiyadan neft alışını dayandıracaq.
Banco.az xəbər verir ki, bu barədə Almaniyanın dövlət departamentinin mətbuat xidmətinin müvafiq bəyanatında qeyd olunur. Beləliklə, Almaniya İqtisadiyyat Nazirliyi “Transneft”in baş direktoru Nikolay Tokarevin şirkətin Almaniyadan 2023-cü ilin birinci rübündə yanacaq tədarükü üçün müraciət alması barədə açıqlamasını təkzib edib. Almaniya tərəfinin məlumatına əsasən ölkə Rusiya neftindən imtina etməkdə qərarlıdır.
Nazirlik Şvedtdəki "PCK Raffinerie GmbH" neft emalı zavodunun Qazaxıstan nefti üçün ehtiyat gücə malik olması qənaətinə gəlib. Müvafiq sazişin hazırda imzalanmamasına baxmayaraq, Avropanın ən böyük neft kəməri olan "Drujba"dan keçən axının Qazaxıstandan gələcəyi məlum olub.
Qeyd edək ki, dekabrın 14-də Qazaxıstanın energetika naziri Bolat Akçulakov ölkəsinin Almaniya ilə neftin tədarükünə dair danışıqların aparılmasında maraqlı olduğunu bildirib. Bundan başqa, Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi nazirliyinin daha öncə yaydığı məlumata görə, yanacağın ötürülməsi ilə bağlı ölkə Polşa ilə də danışıqlar aparırır.
Bizi sosial şəbəkələrdən izləyin!!