Almaniya gələn il Kiyevə hərbi yardımı iki dəfə azaldacaq | Banco.az

Almaniya gələn il Kiyevə hərbi yardımı iki dəfə azaldacaq

Müəllif:Ayşən İmanova/Banco.az

2025-ci ildə Almaniya Ukraynaya hərbi yardım üçün 4 milyard avro ayırmaq niyyətindədir. Bu, cari ilin (8 milyard avro) yarısı qədərdir.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətinin hazırladığı büdcə layihəsinə istinadən məlumat yayıb.

Sənədin bu gün, iyulun 17-də qəbul edilməsi planlaşdırılır. Sənəddə NATO-nun xərc hədəflərinə çatmaq üçün yaradılmış xüsusi silahlı qüvvələr fondunun başa çatacağı 2028-ci ilə qədər orta müddətli maliyyə planlaması daxildir.

Agentlik qeyd edir ki, 2025-ci il üzrə büdcənin tərtib olunması çətin olub. Belə ki, Almaniyanın maliyyə naziri Kristian Lindner COVID-19 pandemiyası və bu yaxınlarda baş verən enerji böhranı zamanı yüksək xərclərdən sonra fiskal konsolidasiya tələb edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et