Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya dördüncü rüb üçün planlaşdırılan federal borc satış həcmini 31 milyard avro (33 milyard dollar) azaldıb.
Banco.az xəbər verir ki, Almaniya artan enerji qiymətlərindən təsirlənən ev təsərrüfatları və şirkətlər üçün maliyyə dəstəyini azaldarkən, dördüncü rüb üçün planlaşdırılan federal borc satış həcmini də 31 milyard avro (33 milyard dollar) azaltdığını açıqlayıb.
Bu barədə çərşənbə axşamı Federal Maliyyə Korporasiyası elektron poçtla göndərilən bəyanatda bildirib.
Bəyanatda ötən ilin dekabrında dərc edilmiş planla müqayisədə istiqraz buraxılışının 8 milyard avro, istiqraz satışının isə 23 milyard avro azalacağını bildirilib.
Beləliklə, üçüncü rübdəki azalma ilə bu il ümumi satışlar 45 milyard avro azalaraq təxminən 500 milyard avroya düşəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!