Almaniya Çinə çip ixracını məhdudlaşdırmağa hazırlaşır | Banco.az

Almaniya Çinə çip ixracını məhdudlaşdırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya çip istehsalında istifadə edilən kimyəvi maddələrin Çinə ixracının məhdudlaşdırılması istiqamətində danışıqlar aparır.

Banco.az xəbər verir ki, sözügedən məhdudiyyət addımı Almaniya hökumətinin Çinin qabaqcıl yarımkeçirici istehsalı üçün zəruri mal və xidmətlərə çıxışını məhdudlaşdırmaq üçün müzakirə etdiyi tədbirlər paketinin bir hissəsidir.

Bildirilib ki, Almaniyanın bu addımı reallaşarsa, “Merck” və “BASF” kimi alman kimya şirkətləri istehsal etdikləri yarımkeçirici kimyəvi maddələrin bir hissəsinin Çinə satışını məhdudlaşdırmalı olacaq.

Digər tərəfdən, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habek qeyd etmişdi ki, Almaniya texnologiya sahəsində Çinə ixrac məhdudiyyətləri tətbiq edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et