Almaniya bu il üzrə artım proqnozunu azaldıb | Banco.az

Almaniya bu il üzrə artım proqnozunu azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada hökumət ABŞ prezidenti Donald Trampın siyasətlərindən sonra qlobal ticarət gərginliyinin təsiri ilə daha əvvəl 0,3 faiz olaraq açıqlanan bu il üçün artım proqnozunu 0 faizə endirib.

Banco.az xəbər verir ki, Almaniya İqtisadiyyat naziri Robert Habek ölkənin 2025-cü il üçün iqtisadi artım proqnozunun sıfıra endirildiyini açıqlayıb. 2026-ci il üçün isə artım gözləntisi cüzi şəkildə 1%-ə endirilib.

İxrac yönümlü alman iqtisadiyyatı ABŞ-ın qeyri-müəyyən ticarət siyasətindən və Donald Trampın gömrük təhdidlərindən mənfi təsirlənir. 2025-ci ildə ixracın 2.2% azalacağı, yalnız 2026-cı ildə 1.3% artacağı gözlənilir.

İnflyasiya səviyyəsi azalma meyli göstərsə də, işsizlik 2025-ci ildə 6.3%-ə yüksələcək. Almaniya ardıcıl üçüncü il iqtisadi daralma ilə üzləşə bilər və bu, G7 ölkələri arasında unikal haldır.

Habek yeni hökumətin ixtisaslı işçi çatışmazlığını aradan qaldırmalı, investisiya və rəqəmsallaşmanı sürətləndirməli olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram