Almaniya borc əyləci mexanizmini təxirə salacaq | Banco.az

Almaniya borc əyləci mexanizmini təxirə salacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya əlavə büdcənin Konstitusiya Məhkəməsi tərəfindən bloklanmasından sonra həll yolu axtarışındadır.

Banco.az xəbər verir ki, Almaniyanın maliyyə naziri Kristian Lindner Konstitusiya Məhkəməsinin hökumətin istifadə olunmayan 60 milyard avroluq Kovid-19 fondunun yenidən bölüşdürülməsinin qanuni olmadığına dair qərarı nəticəsində yaranan büdcə böhranını yüngülləşdirmək üçün gələn həftə Nazirlər Kabinetinə 2023-cü il üçün əlavə büdcə təqdim edəcəyini açıqlayıb.

Bundan sonra da hökumət tərəfdaşları ilə gələn ilin xərcləmə planı ilə bağlı müzakirələrə başlamağı planlaşdırdığını bildirən Lindner, “Artıq biz xərclərə, xüsusən də elektrik və qaz hədlərinə konstitusiya zəmanəti verəcəyik. Bunun üçün əlavə büdcə lazımdır”, deyə əlavə edib.

Xatırladaq ki, Almaniya Konstitusiya Məhkəməsi oktyabrın 15-də koalisiya hökumətinin Kovid-19 pandemiyası dövründə (2021-ci il büdcəsindən) istifadə olunmamış 60 milyard avroluq krediti İqlim və Çevrilmə Fonduna köçürmə qərarının konstitusiyaya zidd olduğuna qərar verib.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmənin bu qərarı isə hökuməti xərc planlarına yenidən baxmağa və büdcədənkənar xüsusi fondları məhdudlaşdırmağa məcbur edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et