Almaniya Azərbaycandan neft idxalını artırıb | Banco.az

Almaniya Azərbaycandan neft idxalını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 406 milyon 757 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 148 milyon 233 min dollar və ya 57,3% çoxdur. 

Hesabat dövründə Almaniyanın Azərbaycandan idxal etdiyi neftin həcmi isə illik müqayisədə 88,7% artaraq 662,3 min ton olub.

Qeyd edək ki, Almaniya həcmlərinə görə Azərbaycanın ən çox xam neft ixrac etdiyi 7-ci ölkədir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram