Almaniya Azərbaycandan neft alışını azaldıb | Banco.az

Almaniya Azərbaycandan neft alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Almaniya 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 502 milyon 19 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyanın idxal etdiyi neftin həcmi isə 956 min 716 ton təşkil edib.

Almaniyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin 11 ayına nisbətdə 132 milyon 423 min dollar və ya 20,9%, miqdarı isə 45 min 508 ton və ya 4,5% azalıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında İtaliya (12,7 milyon ton) Azərbaycanın əsas neft idxalçısı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram