Müəllif - Aida İsaq, Banco.az
Almaniyanın avtomobil sektorunun nümayəndələri öz bizneslərinin gələcək inkişaf perspektivlərini son 15 ilin ən bədbin senarisində qiymətləndirib.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar İnstitutunun analitiklərinin hesabatında bildirilir. Müvafiq göstərici may ayında -10,3 faiz səviyyəsində olsa da, sonradan -56,9 faiz bəndinə düşüb. Beləliklə, bir ay ərzində göstərici beş dəfədən çox azalıb. Sonuncu dəfə gözləntilərin belə aşağı qiymətləndirilməsi qlobal maliyyə böhranının başlanğıcında 2008-ci ildə (-67,8 faiz bəndi) qeydə alınıb. Eyni zamanda, sənaye gözləntiləri ardıcıl beşinci aydır ki, aşağı düşür. Bununla belə, Alman avtomobil sənayesinin nümayəndələri bazarda mövcud vəziyyəti ən pis nəticə olaraq qiymətləndirib. İyun ayında müvafiq göstərici may ayında 41,3 faiz bəndi səviyyəsində olsa da, 32,6 bəndədək azalıb.
Qeyd edək ki, buna əsas səbəb xarici alıcıların tələbinin azalması olub. Bunun fonunda avtomobil istehsalçıları avtomobillərin qiymətini bahalaşdırmağı planlaşdırır.