Almaniya artıq Rusiyanın enerji bazarından asılı deyil | Banco.az

Almaniya artıq Rusiyanın enerji bazarından asılı deyil

Müəllif - Aida İsaq, Banco.az

Almaniya enerji infrastrukturunu tamamilə şaxələndirərək Rusiyanın enerji daşıyıcılarından asılılığını dayandırıb. 

Banco.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib. O, eyni zamanda ölkəsinin müəyyən dərəcədə Rusiyadan deyil, dünya enerji bazarından asılı olduğunu qeyd edib. Daha öncə Almaniya qazın təxminən yarısını, neftin isə üçdə birindən çoxunu Rusiyadan idxal edirdi. Alternativ enerji mənbələri tapmaq üçün ölkədə qısa zamanda kömürlə işləyən elektrik stansiyaları fəaliyyətə başladı. Norveç və ABŞ kimi digər ölkələrdən idxal olunan təbii qaz üçün daha çox tədarükə imkan verən şəraitin qurulması istiqamətində addımlar atıldı. Nazirin sözlərinə görə, Almaniyanın yeni LNG terminalının tikintisi təxminən səkkiz aya tamamlanıb. Bununla yanaşı, infrastruktura əlavə investisiyaların yatırılması nəzərdə tutulur. Nazir müvafiq prosesləri Almaniya üçün yeni siyasi dövrün başlamasının bir hissəsi olaraq adlandırıb. O, ölkəsində artıq gələcəyin güclü tərəflərinin inkişaf etdirildiyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et