Almaniya artım proqnozunu iki dəfə azaldıb | Banco.az

Almaniya artım proqnozunu iki dəfə azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya artım proqnozunu iki dəfə azaldıb.

Banco.az xəbər verir ki, ABŞ-ın İrana qarşı apardığı müharibənin sənaye və ev təsərrüfatları üçün enerji qiymətlərində kəskin artıma səbəb olmasından sonra Almaniya bu il üzrə iqtisadi artım proqnozunu yarıya endirib.

Berlində yerləşən İqtisadiyyat Nazirliyi çərşənbə günü yaydığı açıqlamada Almaniyanın bu il 0,5 faiz artım göstərəcəyini proqnozlaşdırıb. Yanvar ayında bu göstərici 1 faiz idi. Nazirlik eyni zamanda gələn il üzrə artım proqnozunu da 1,3 faizdən 0,9 faizə endirib.

Almaniyanın iqtisadiyyat naziri Ketrin Reyx Berlində keçirilən mətbuat konfransından əvvəl elektron poçt vasitəsilə yaydığı açıqlamada bildirib: “Bu il gözlənilən iqtisadi bərpa bir daha xarici geosiyasi şoklar səbəbindən ləngiyir. İrandakı müharibə enerji və xammal qiymətlərini artırır. Bu isə ev təsərrüfatlarına təzyiq göstərir və xərcləri yüksəldir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram