Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya hökuməti Avropa İttifaqı (Aİ) Komissiyasının İttifaqın 2028-2034-cü illər dövrü üçün büdcəsini 2 trilyon avroya çatdırmaq planını “qəbuledilməz” hesab edib.
Banco.az xəbər verir ki, Alman hökuməti sözçüsü Stefan Korneliusun imzası ilə yayımlanan yazılı açıqlamada Alman hökuməti Avropa Komissiyasının büdcə planlarını tənqid edib.
Açıqlamada Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən təklif olunan təxminən 700 milyard avroluq artım “qəbulolunmaz” kimi qiymətləndirilib və bildirilib:
“Bütün üzv dövlətlərin milli büdcələrini konsolidasiya etmək üçün ciddi səylər göstərdiyi bir dövrdə, AB büdcəsində böyük artım qəbulolunmazdır. Buna görə də Komissiyanın təklifini qəbul etməyimiz mümkün deyil.”
Açıqlamada, Alman hökumətinin Avropa Komissiyası tərəfindən təklif olunan əlavə korporativ vergi ideyasını da dəstəkləmədiyi qeyd olunub.
Eyni zamanda, Avropa Komissiyasının islahat yanaşması və büdcənin yeni prioritetlərlə uyğunlaşdırılması “doğru yol” kimi xarakterizə olunub və vurğulanıb:
“Bu yol Avropanı gələcək üçün güclü edəcək doğru yoldur. Biz rəqabət qabiliyyətimizi artırmalı və müdafiəyə hazır olmalıyıq.”
Bizi sosial şəbəkələrdən izləyin!!