Almaniya 40 milyard avro kredit götürəcək | Banco.az

Almaniya 40 milyard avro kredit götürəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya hakimiyyəti 2025-ci ildə büdcə xərclərini maliyyələşdirmək üçün təxminən 40 milyard avro kredit götürəcək.

Banco.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb. 

Məlumata görə, Almaniyada hakim koalisiya partiyaları arasında 2025-ci il büdcəsi ilə bağlı danışıqlar davam edir. Əvvəlcə iyulun 3-dək razılaşdırılacağı nəzərdə tutulsa da, tərəflər arasında fikir ayrılığı yarandığından bu müddət iyulun 17-nə təxirə salınıb.

Bildirilib ki, maliyyə naziri Kristian Lindner 40 milyard avroya qədər borcun daxil olduğu büdcə layihəsi hazırlayıb. Bu, büdcə qaydasının imkan verdiyindən çoxdur (kreditlərin məbləğini cari ÜDM göstəriciləri ilə məhdudlaşdırır).

Ən sərfəli kredit üçün müraciət et

Nəşr qeyd edir ki, bu, formal olaraq qanun pozuntusu olmaz, çünki mövcud meyarlara görə icazə veriləndən artıq kreditlər dövlət aktivləri ilə təmin edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et