Alman hakimiyyəti əhalini və biznesi çətin zamanlara hazırlamağa başlayıb | Banco.az

Alman hakimiyyəti əhalini və biznesi çətin zamanlara hazırlamağa başlayıb

Almaniya hakimiyyəti Rusiya qazının ölkəyə tədarükünün dayandırılması ehtimalı səbəbi ilə ölkə əhalisini və biznesini çətin zamanlara hazırlamağa başlayıb.

Bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur, belə bir perspektiv Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyaya uzunmüddətli ziyan vuracaq. Bundesbankın proqnozuna görə, 2023-cü ildə ölkə iqtisadiyyatı üç faizdən çox azalacaq.

"Son üç ayda istehsalat sifarişləri azalıb, xərclər isə artır. İyun ayında işgüzar gözləntilər də kəskin azalıb. Alman şirkətləri enerji istehlakının uzunmüddətli azaldılmasına hazırlaşır. Kağız, metal, qida məhsulları istehsal edən şirkətlər istehsal müəssisələrini bağlamaq məcburiyyətində qalacaqlar ki, bu da ölkənin iqtisadi sahəsinə mənzərəsinə uzunmüddətli ziyan vuracaq", - agentlik vurğulayır.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram