Alman bankının Rusiyadakı aktivləri yerli şirkətə veriləcək | Banco.az

Alman bankının Rusiyadakı aktivləri yerli şirkətə veriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Commerzbank”ın Rusiyadakı aktivləri yerli şirkətə təhvil veriləcək.

Banco.az xəbər verir ki, “RusHimAlyans” şirkətinin “Commerzbank”a qarşı qaldırdığı iddiaya Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən, “Commerzbank”ın 94,9 milyon avro dəyərində aktivləri kompensasiya kimi “RusHimAlyans”a veriləcək. Sözügedən məhkəmə mayın 18-də “Commerzbank”ın 93,7 milyon avro dəyərindəki aktivlərini bloklamışdı.

Xatırladaq ki, alman bankçılıq nəhəngi “Commerzbank” Almaniyanın “Linde” şirkəti ilə birlikdə Rusiyada qurulacaq təbii qaz emalı obyektinin tikintisi ilə bağlı sanksiyalara görə ləğv edilən müqavilənin təminatçıları arasında idi. Layihədə iştirak edən “RusHimAlyans” da sanksiyaları əsas gətirərək öhdəliklərini yerinə yetirməyən bankı məhkəməyə vermişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et