Aida İsaq, Banco.az
Dəbdəbəli nəqliyyat vasitələrini idarə edən insanların empatiya hissinin olduqca zəif olduğu məlum olub.
Banco.az xəbər verir ki, Nevada universitetində mövzuyla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər. Tədqiqat prosesinə iki kişi və iki qadın cəlb olunub. Alimlər insanların istifadə etdiyi nəqliyyat vasitəsinin dəbdəbəlilik dərəcəsinin artmasıyla empatiya hissinin buna əks olaraq getdikcə azaldığını müşahidə ediblər. Tədqiqat həm kişilər, həm də qadınlar üçün eyni nəticəylə yekunlaşıb.
Araşdırmada subyekt kimi istifadə olunan insanların reaksiyaları kameralar vasitəsi ilə müşahidə edilib. Beləliklə, istifadə olunan nəqliyyat vasitəsinin lüks səviyyəsi artdıqca onlar özlərini digərlərindən və ya yolda olan başqa sürücülərdən daha üstün olduqlarını hiss edirlər.
Mövzunu nümunələrlə izah edən araşdırmaçılar sözügedən şəxslərin piyadalara yol vermə ehtimalının az olduğunu bildiriblər. Alimlərin fikrincə, bahalı nəqliyyat vasitəsinin istifadəçiləri piyadalara yol versələr də bunu həvəslə etmirlər. Odur ki, yolda gedərkən daha diqqətli olmağınız tövsiyyə olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!