Aliment, kredit və cərimələr nağdsız qaydada ödəniləcək – RƏSMİ | Banco.az

Aliment, kredit və cərimələr nağdsız qaydada ödəniləcək – RƏSMİ

"Xüsusi karantin rejimi dövründə icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun və icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri "ASAN ödəniş" sisteminə inteqrasiya edilib. 

Bunu Ədliyyə Nazirliyinin aprelin 30-u keçirilən “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusundakı onlayn mətbuat konfransında qurumun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. 

Onun sözlərinə görə, sözügedən ödənişlərin gecikdirilməməsi üçün elektron sistemin imkanlarından istifadə edilib: "ASAN ödəniş", eləcə də bir neçə tətbiqdə kredit borclarının, cərimələrin, alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq. Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər".

A.Səmədzadə onu da nəzərə çatdırıb ki, hansısa səbəbdən nağdsız ödəniş edə bilməyənlər üçün çoxsaylı ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı təmin olunub: "Bildiyiniz kimi, alimenti, eləcə də digər borclarını ödəməyən şəxslərin ölkədən çıxışına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyulan qadağanı götürülməsinə nail ola biləcək". 

Ən sərfəli kredit üçün müraciət et

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et