“Alibaba”nın rüblük xalis mənfəəti 86% azalıb | Banco.az

“Alibaba”nın rüblük xalis mənfəəti 86% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Çin onlayn pərakəndə satış şirkəti “Alibaba”, martın 31-də başa çatan 2024-cü ilin dördüncü rübü və tam maliyyə ilinin nəticələrini açıqladı.

Şirkətin son rübdə xalis mənfəəti 2023-cü maliyyə ilinin son rübündən 86% azalaraq 3,3 milyard yuan (453 milyon dollar) təşkil edib.

Banco.az xəbər verir ki, ümumi rüblük gəlir cəmi 7% artaraq 221,8 milyard yuana (30,7 milyard dollar) çatıb. Bununla belə, zəif nəticələrə baxmayaraq, ilin sonunda şirkət bütün 2024-cü maliyyə ili üçün cüzi artım göstərə bilib. Gəlir 941,2 milyard yuan (130,4 milyard dollar) təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 8% çoxdur. Mənfəət 10% artaraq 79,7 milyarda (11 milyard dollar) çatıb.

Şirkət nəticələrini bəzi ictimai şirkətlərə yatırılan investisiyalardan itkilərlə və biznesinin davam edən transformasiyası ilə əlaqələndirərək, artıq ilk müsbət nəticələrini gördüyünü qeyd edib.

Bundan əlavə, ekspertlər qeyd edirlər ki, “Alibaba”nın fəaliyyətinə ÇXR iqtisadiyyatının ləng bərpası və ölkədə istehlak xərclərinin zəif dinamikası təsir edib. Eyni zamanda, “Alibaba” böyük potensial gördüyü süni intellekt və bulud texnologiyalarına investisiyaları artıracağını vəd edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hesabatın dərcindən sonra “Alibaba”nın kotirovkaları 7% ucuzlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et