"Alibaba" tarixindəki ən kritik yenidənqurma qərarını verib | Banco.az

"Alibaba" tarixindəki ən kritik yenidənqurma qərarını verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin e-ticarət şirkəti “Alibaba Group Holding Ltd.” 24 illik tarixində ən böyük restrukturizasiyaya gedir.

Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamada 220 milyard dollarlıq imperiyasını 6 vahidə bölməyi planlaşdıran “Alibaba”nın yeni təşkil ediləcək şirkətlərin səhmlərini birjada satışa çıxarmağı dəyərləndirəcəyinə dair məlumatlar var.

Məlumatda deyilir ki, sözügedən altı vahidə Cloud Intelligence Group, Taobao Tmall Trading Group, Local Services Group, Cainiao Smart Logistics Group, Global Digital Commerce Group və Digital Media and Entertainment Group daxildir. 

Digər tərəfdən, altı şirkətin hər birinin öz baş direktoru və direktorlar şurasının olacağı qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu xəbərdən sonra şirkətin səhmləri Nyu-York birjasında 8 faiz bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et