Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Alibaba şirkəti xaotik restrukturizasiya və şirkət daxilində hakimiyyət uğrunda mübarizə fonunda rəqiblərinə uduzmağa başlayıb.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
2023-cü ilin mart ayında Alibaba şirkəti bildirdi ki, onlar biznesi altı bölməyə bölmək niyyətindədirlər.
FN-nin araşdırmasına görə, bu vəziyyət işçilər arasında çaşqınlıq yaradıb. Çünki, araşdırma nəticəsində məlum olub ki, işçilər müxtəlif departamentlərdə eyni funksiyaları yerinə yetiriblər.
Qəzet qeyd edir ki, dekabrın sonunda Alibaba-nın yeni baş direktoru Eddi Yonqminq Vu səlahiyyətlərini möhkəmləndirmək üçün Alibaba-nın əsas biznesinə nəzarəti gücləndirib. Bu addım bir vaxtlar Asiyanın ən dəyərli şirkətinin bazar kapitallaşmasında rəqib olan PDD Holdingsin səhmlərinin artması fonunda baş verib. Nəticədə Alibabanın səhmləri 75 faiz ucuzlaşıb.
Qəzetin mənbələrindən birinə görə, bazar kapitallaşmasında Alibaba-nı üstələyən PDD bu şirkətin yuxudan ayılması üçün həyəcan siqnalı olub.
“Financial»a danışan mənbə bildirib ki, Alibaba şirkəti vəziyyətdən çıxış yolları barədə düşünür.
Mənbələr və analitiklər deyirlər ki, qrup indiyədək Qərb bazarlarında uğur qazanmaq üçün e-ticarətdəki gücündən istifadə edərək aqressiv yeni rəqiblərlə effektiv rəqabət aparmağa nail olub.
Bizi sosial şəbəkələrdən izləyin!!