“Alibaba” şirkəti süni intellekt texnologiyasını təqdim edib | Banco.az

“Alibaba” şirkəti süni intellekt texnologiyasını təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“ChatGPT”ə bənzər öz süni intellekt alətini təqdim edən “Alibaba” geniş dil modelinin sınaqlara açıq olduğunu söyləyib.

Banco.az xəbər verir ki, Çinli texnologiya şirkəti “Alibaba Group” OpenAI tərəfindən hazırlanmış süni intellektli söhbət robotu “ChatGPT” ilə rəqabət aparacaq süni intellekt tətbiqini təqdim edib. 

Şirkətdən bildirilənə görə, “Alibaba” tezliklə bu texnologiyanı şirkətin bütün proqramlarına inteqrasiya edəcək.

Qeyd edək ki, cümə günü “Alibaba Cloud”un rəsmi WeChat hesabından yayımlanan açıqlamaya görə, xidmətin adının "Tongyi Qianwen" olduğu müəyyən edilib.

İlk olaraq “Alibaba”nın iş yeri mesajlaşma tətbiqi olan “DingTalk”a inteqrasiya ediləcək “Tongyi Qianwen”dən iclas qeydləri aparmaq və biznes təklifi layihələri yaratmaq üçün istifadə etmək mümkün olacaq. “Tongyi Qianwen” həmçinin “Alibaba”nın səs köməkçisi məhsulu “Tmall Genie”ə də inteqrasiya olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et