Müəllif:Ayşən İmanova/Banco.az
Texnologiya nəhəngi “Alibaba”ya məxsus “AliExpress” onlayn mağazanı tanıtmaq üçün keçmiş futbolçu Devid Bekhem ilə müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, müqavilənin məbləği açıqlanmayıb, lakin məlumdur ki, Bekhem 14 iyun— 14 iyul 2024-cü il tarixlərində Almaniyada keçiriləcək Avropa Futbol Çempionatı zamanı “AliExpress” reklam kampaniyasının səfiri olacaq.
Məlumata görə, “Alibaba” və Devid Bekhem arasındakı razılaşma Çinin rəqibi “PDD Holdings Temu” və onlayn moda startapı “Shein”in sürətli qlobal genişlənməsi fonunda baş verir.
Qeyd edək ki, “AliExpress” “UEFA”nın qarşıdakı futbol turnirinin sponsorudur.
O, öz mesajında bildirib ki, müştərilərinə “Avro 2024”ə biletlərin tirajında iştirak etmək imkanı verir, həmçinin futbol turniri zamanı müxtəlif tədbirlərə milyonlarla avro sərmayə qoyur.
Bizi sosial şəbəkələrdən izləyin!!