Alfred Nobel və onun vəsiyyəti | Banco.az

Alfred Nobel və onun vəsiyyəti

Image result for alfred nobel

İxtiraçı, biznesmen və Nobel mükafatının yaradıcısı olan məhşur alim Alfred Nobel 1833-cü il oktyabrın 21 İsveçin paytaxtı Stokholmda dünyaya gəlmişdir. Onu atası isə mühəndi və ixtiraçı olmuş, binalar və körpülər tikirdi. Afredin dünyaya gəlməsi ilə atasının işinin itkilərlə üzləşməsi eyni ildə baş verdi. O, öz işini başqa ölkədə qurmaq qərarına gəlir və ailəsilə birgə Finlandiyaya, sonra isə Rusiyaya üz tutur. Onlar Rusiya əsgərlərini avadanlıqlarla təmin etmək üçün balaca bir emalatxana açır. Gəlirinin yaxşılaşması ilə o övladlarının təhsili üçün xüsusi müəllim tutur. 17 yaşında artıq Alfred isveç, rus, fransız, ingilis və alman dillərini bilirdi.

Image result for alfred nobel

Alfred əsas ədəbiyyat, kimya və fizika ilə maraqlanırdı, lakin atası oğlunun onun yolunu davam etdirməsini istəyirdi. Buna baxmayaraq, oğlunun istəklərini üstün tutan ata oğlunu kimya mühəndisliyini öyrənmək üçün xaricə göndərir. Parisdə Alfred məhşur kimyaçı professor T. J. Pelouzenin laboratoriyasında işləyir. Orda gənc italyan kimyaçısı Ascanio Sobrero ilə görüşür. Bu italyan partlayıcı maddə olan qliserini kəşf edir. Alfred bu maddəylə çox maraqlanır, bu maddənin tikintidə necə istifadə olunacağını öyrənməyə çalışır. Təhsilini başa vurduqdan sonra Rusiyaya geri qayıdan Alfred öz atası ilə birgə işləyir. Nobel ailəsi Rusiyanın cənub hissəsində neft sənayesinin inkişafında əhəmiyyətli rol oynadılar. Lakin Krım müharibəsindən sonra 1863-cü ildə onlar öz vətənlərinə geri qayıtmağı qərara aldılar. Alfred isə hələ də o partlayıcı maddə ilə maraqlanır və eksperimentlərin nəticəsində onun kçik qardaşı da daxil olmaqla bir neçə insan həlak olur. Buna  görə də İsveç höküməti bu cür təcrübələri Stokholm şəhəri çərçivəsində icazəsini qadağan edir. Bu qadağalara baxmayaraq Alfred Malaren gölündə kiçik bir qayıqda öz təcrübələrini həyata keçirirdi. Nəhayət, bu cəhdlərinin nəticəsində o, dinamiti kəşf etdi. Parisdə yaşamağına baxmayaraq, kəşf etdiyi maddələrə olan tələbin çoxluğu ilə o, 20 fərqli ölkədə yerləşən öz zavodlarına gedirdi. O, həmçinin sintetik rezin, dəri və süni pambığı da kəşf etmişdir. 1896-cı il dekabr 10-da İtaliyada 63 yaşında vəfat etsə də, yaşadığı az bir müddət ərzində 355 patent almışdır.

Image result for nobel prize economics

Ölməmişdən öncə onun son istəyi vardı ki, bu bəçəriyyət tarixində fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və sülh sahəsində xüsusi rolu olan şəxslərə mükafatın verilməsi idi. Onun arzuları ölümündən 4 il sonra reallaşdı. Belə ki, 1901-ci ildə ilk Nobel mükafatı fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat sahəsində İsveçdə və sülhlə bağlı isə Norveçdə verilmişdir. Hal-hazırda da bu ənənə davam etməkdədir. 6 elm sahəsi üzrə verilən bu mükafatların ümumi sayı 590 olmuşdur. Ən gənc Nobel mükafatçısı sülh sahəsində 1997-ci il təvəllüdlü pakistanlı  Malala Yousafzai 17 yaşında bu mükafata layiq görülmüşdür. Ən yaşlı isə fizika sahəsində 1922-ci il təvəllüdlü Arthur Ashkin 96 yaşında bu mükafatı almışdır. 

                             Mükafatların sayı

Ən sərfəli kredit üçün müraciət et

590

Mükafat almış alimlərin sayı

935

Mükafatın verildiyi elm sahələrinin sayı

6

Mükafat almış qadınların sayı

51

Ən gənc mükafat almış alimin yaşı

17

Ən yaşlı mükafat almış alimin yaşı

96

Aşağıdakı diaqramda isə elm sahələri üzrə verilmiş Nobel mükafatlarının sayı əks olunmuşdur.Göründüyü kimi ən çox mükafatlar fizika sahəsi üzrə, ən az isə iqtisadiyyat sahəsi üzrə verilmişdir. Cəmi 49 dəfə Nobel mükafatının təqdim olunmayan illər olmuşdur. Bu illər daha çox I və II Dünya müharibəsi illərini əhatə edir.

Nobel mükafatının məbləği isə 2019-cu il üçün 9 milyon isveç kuronu qəbul edilmişdir.

 

Tərlan Qəhrəmanova, banco.az