“Alfa Sığorta” işçi axtarır- VAKANSİYA | Banco.az

“Alfa Sığorta” işçi axtarır- VAKANSİYA

"Alfa Sığorta” şirkəti  satış şöbəsində çalışmaq istəyən təcrübəli və təcrübəsiz kadrları işə dəvət edir. Şirkətdən fins.az-a verilən məlumata görə, 22-40 yaşlarında ali təhsilli, MS Office proqramlarında işləmə bacarığı olan, azərbaycan və rus dillərini bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Əsas vəzifə öhdəlikləri:
-Potensial müştərilərin axtaraşını həyata keçirmək və onlarla görüşlər keçirmək,
-Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək,
-Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək,
-Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək,
-Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq,
-Yeni hüquqi və fiziki şəxslərin müştəri qismində cəlb edilməsi
Əmək haqqı: 300-600 manat
İş rejimi: həftədə 5 gün( şənbə, bazar və bayram günləri istisna olmaqla)
Maraqlananlar öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə və ya 012 440 07 07 nömrəsilə əlaqə saxlaya bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

 

     fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et