"Alfa Sığorta" “Gələcəyə inan” kampaniyasına başlayıb - VİDEO | Banco.az

"Alfa Sığorta" “Gələcəyə inan” kampaniyasına başlayıb - VİDEO

"Alfa Sığorta" şirkəti avtomobil sahibləri üçün “Gələcəyə inan” kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində avtomobil sahibləri öz maşınlarını illik 1,5% tariflə KASKO sığorta növü üzrə sığortalaya bilərlər. Bundan başqa, "Gələcəyə inan" kampaniyasına pulsuz ayıq sürücü, evakuasiya, yolda təmir, xarici ölkədə təminat, şəxsi məsləhətçi xidmətləri, eləcə də servislərdə təmir zamanı 10 %-dək endirim imkanı daxildir.
Kampaniya bazar dəyəri 12 min manatdan aşağı olmayan maşınlara aiddir. Bundan başqa, kampaniyanın şərtlərinə görə, 1,5% tariflə sığortalanan avtomobillər üçün yol nəqliyyat hadisəsi baş verdikdə franşiza məbləği 25% həcmindədir. Avtomobilini franşizasız sığortalamaq istəyənlər sığorta haqqını 2%-dən ödəməlidirlər.

 

Ən sərfəli kredit üçün müraciət et

“Gələcəyə inan” kampaniyasına həsr olunmuş 3D formatında cizgi filmi: