Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) aktuari şəhadətnaməsinin alınması üçün attestasiya keçirilib. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, attestasiya üçün müraciət etmiş 15 nəfər aktuaridən 14-ü bu prosesdə iştirak edib. Bunlardan isə 8-i keçid balını toplayaraq müvəffəqiyyət qazanıb. Həmin şəxslər aşağıdakılardır:
- Cəlil Nizami oğlu Hüseynov;
- Hikmət Fazil oğlu Əliyev;
- Elvin Elmdaroğu Abdullayev;
- Ülvi Zahir oğlu Yusifov;
- Orxan Məmmədağa oğlu Məmmədli;
- Aqil Rauf oğlu Zeynallı;
- Anar Bahadır oğlu İslamov;
- Rəşad Musa oğlu Musayev.