Banco.az portalı, 2017-ci ilin birinci rübünün yekunlarına əsasən bankların aktivlərin həcminə görə sıralamasını Sizə təqdim edir. Bu reytinq bankların illik və rüblük maliyyə hesabatları və əsasən balans hesabı əsasında tərtib edilib. Sadəcə bir neçə bankın 2016-cı ilin sonuna olan rəqəmlər sıralamada istifadə olunub.
İlk beşlik isə belə görünür: Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Kapital Bank, Xalq Bank və AccessBank.
Bankın adı |
Aktivlər |
Tarix |
Beynəlxalq Bank |
14 192 380 |
30.06.2016 |
Paşa Bank |
3 264 320 |
31.03.2017 |
Kapital Bank |
3 132 313 |
31.03.2017 |
Xalq Bank |
1 660 070 |
31.03.2017 |
AccessBank |
993 814 |
31.03.2017 |
ASB Bank |
949 376 |
31.03.2017 |
Bank Respublika |
881 240 |
31.03.2017 |
Unibank |
702 406 |
31.03.2017 |
Turanbank |
538 885 |
31.03.2017 |
Dəmirbank |
519 977 |
31.03.2017 |
AGBank |
505 752 |
31.03.2017 |
Rabitəbank |
499 455 |
31.03.2017 |
Bank of Baku |
493 702 |
31.03.2017 |
Atabank |
464 500 |
31.12.2017 |
Muğan Bank | 465 365 |
31.03.2017 |
Yapı Kredi Bank Azərbaycan |
441 900 |
31.03.2017 |
VTB Bank Azərbaycan |
429 428 |
31.12.2017 |
Nikoil Bank |
408 903 |
31.03.2017 |
Bank Silk Way |
401 038 |
31.03.2017 |
AFB Bank |
317 596 |
31.03.2017 |
Expressbank |
290 626 |
31.03.2017 |
Azər Türk Bank |
288 861 |
31.03.2017 |
Bank BTB |
239 023 |
31.12.2017 |
Amrahbank |
240 307 |
31.03.2017 |
NBC Bank |
165 268 |
31.03.2017 |
Ziraat Bank |
151 084 |
31.03.2017 |
Bank Avrasiya |
146 480 |
31.03.2017 |
CDB BanK |
142 368 |
31.03.2017 |
Gunay Bank |
124 632 |
31.03.2017 |
Balans hesabatı – müəssisənin bəlli bir tarixdəki aktivlərini və passivlərini (öhdəlik, kapital) göstərən hesabatdır. Balans hesabatının əsas elementləri aktivlər, öhdəliklər və kapitaldır.
Hər hansı bir bankın aktivləri sırasında yer ala bilər:
• Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
• İnvestisiya və ya ticarət üçün qiymətli kağızlar
• Müştərilərə verilmiş kreditlər,
• Banklara, dövlətə və ya digər orqanlara verilmiş kreditlər
• İnvestisiya əmlakı
• Əmlak və avadanlıqlar
• Qeyri-maddi aktivlər (müxtəlif proqram təminatları və s.)
Könül Soltanova, Banco.az