Aktivlərindən istifadəyə görə banklar - SİYAHI | Banco.az

Aktivlərindən istifadəyə görə banklar - SİYAHI

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bank ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 32 milyard 722,8 milyon manat məbləğində aktivlərin 1,6%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2019-cu ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 6,4%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 17-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Express Bank" ASC tutub. Bu bank ötən il aktivlərinin 5,6%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 29 bank arasında 8-ci yerdə qərarlaşıb.

Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 3,3%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər sahib olub. Bu banklar aktivlərinin məbləğinə görə, ölkədə müvafiq olaraq 1-ci və 3-cüdür.

Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-3,1% arasında dəyişir.

Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 16,8%-i qədər zərərlə üzləşib.

Bankın adı

Bankın illik mənfəətinin  /

zərərinin aktivlərinə nisbəti

1

Bank of Baku

6,4%

2

Express Bank

5,6%

3

Azərbaycan Beynəlxalq Bankı

3,3%

4

Kapital Bank

3,3%

5

Bank Avrasiya

3,1%

6

Unibank

3,0%

7

Bank VTB Azərbaycan

3,0%

8

Naxçıvan Bank

2,2%

9

Bank BTB

2,2%

10

Rabitəbank

1,5%

11

Bank Respublika

1,4%

12

Premium Bank

1,4%

13

PAŞA Bank

1,4%

14

Xalq Bank

1,4%

15

Zıraat Bank Azərbaycan

1,2%

16

AFB Bank

1,1%

17

Günay Bank

1,0%

18

Yapı Kredi Bank Azərbaycan

0,9%

19

Azərbaycan Sənaye Bankı

0,8%

20

NBC Bank

0,4%

21

Azər-Türk Bank

0,2%

22

Turan Bank

0,1%

23

Yelo Bank

0,0%

24

AGBank

-0,5%

25

Muğan Bank

-1,3%

26

Pakistan Milli Bankı - Bakı

-3,9%

27

Amrah Bank

-5,3%

28

Access Bank

-10,0%

29

İran Milli Bankı - Bakı

-16,8%

30

Atabank

Açıqlamayıb

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et