Aktivlərindən ən yaxşı istifadə edən banklar | Banco.az

Aktivlərindən ən yaxşı istifadə edən banklar

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarında 171,8 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların oktyabrın 1-nə malik olduqları 29 201,8 milyon manat məbləğində aktivlərin 0,6%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, bu ilin ilk 9 ayını mənfəətlə başa vurmuş 24 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Unibank" olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,1%-ni təşkil edib. Baxmayaraq ki, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.  

Bir qədər əvvəl "Bank Silk Vey" adından imtina etmiş "Premium Bank" isə yanvar-sentyabrda aktivlərinin 4,6%-i qədər mənfəət əldə edib və fəaliyyət effektivliyinə görə, 2-ci yeri tutub. Bu bank aktivlərinin məbləğinə görə, Azərbaycanda 10-cudur.

3-cü yerə isə 3,8%-lik göstərici ilə ölkənin ən böyük bankı - "Azərbaycan Beynəlxalq Bankı" sahib olub.

Mənfəətlə işləyən qalan 21 bankdan 2-də sözügedən göstərici 2-3% arasında, 7 bankda 1-2% arasında, 12 bankda isə 0-1% arasında dəyişir.

Bankın adı

Bankın 9 aylıq mənfəətinin / zərərinin aktivlərinə nisbəti

1

Unibank

5,1%

2

Premium Bank

4,6%

3

Azərbaycan Beynəlxalq Bankı

3,8%

4

Naxçıvan Bank

2,3%

5

Kapital Bank

2,1%

6

AFB Bank

1,8%

7

Bank Avrasiya

1,6%

8

İran Milli Bankı - Bakı

1,6%

9

PAŞA Bank

1,2%

10

Günay Bank

1,1%

11

NBC Bank

1,1%

12

Bank of Baku

1,0%

13

Xalq Bank

0,9%

14

Zıraat Bank Azərbaycan

0,7%

15

Bank BTB

0,7%

16

Express Bank

0,7%

17

Yapı Kredi Bank Azərbaycan

0,5%

18

Azərbaycan Sənaye Bankı

0,5%

19

Bank Respublika

0,1%

20

Muğan Bank

0,1%

21

Rabitəbank

0,1%

22

Azər-Türk Bank

0,0%

23

Atabank

0,0%

24

Turan Bank

0,0%

25

Pakistan Milli Bankı - Bakı

-0,6%

26

AGBank

-1,2%

27

Access Bank

- 1,4%

28

Amrah Bank

-5,0%

29

Nikoyl Bank

-19,6%

30

Bank VTB Azərbaycan

-173,8%

Ən sərfəli kredit üçün müraciət et

 

© Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et