Bu ilin I rübündə dünyanın aktivlərin idarə edilməsi üzrə ən böyük şirkəti “BlackRock” 806 milyon ABŞ dolları xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır.
Azalma koronavirusun qlobal iqtisadiyyata mənfi təsir etməsi ilə izah olunur. Belə ki, investorlar aktivlərin idarə edilməsi xidmətindən imtina edərək nağd pulların idarə edilməsi xidmətinə üstülük verir.
Bu il aprelin 1-nə “BlackRock"un aktivləri 6,47 milyard ABŞ dolları olub ki, bu da illik müqayisədə 0,8% azdır.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!