Banco.az olaraq, bu dəfə sizi banklarımızın aktivlərinin həcmi ilə tanış etmək istərdik. Bankların müxtəlif meyarlar əsasında renkinqləri tərtib edilir. Aktivlər də onların arasında əhəmiyyətli yerlərdən birini tutur.
Hazırladığımız məqalə bankların carı ilin son iki rübünün balans hesabatları əsasında tərtib edilib. Əksər bankların rəqəmləri isə məhz 3-cü rübün sonuna olan rəqəmlərdir.
Aktivlərin həcminə görə Azərbaycanın ən böyük bankı Beynəlxalq Bankdır. 2-ci rübün sonuna əsasən onun aktivlərinin həcmi 7 milyard 903 milyondan çoxdur. Dövlət bankı olduğu üçün onun aktivlərinin həcmi digər banklar isə müqayisədə dəfələrlə çoxdur, ona görə də biz onu tərtib etdiymiz diaqrama daxil etmədik və kommersiya banklarının aktivlərini ayrıca müqayisə etdik.
Kommersiya banklarının ilk beşliyi isə belə görünür: Kapital Bank, Xalq Bank, Bank Standard, Paşa Bank, AccessBank.
Diaqramda ilk 15-likdəki bankların aktivlərinin həcmi ilə tanış ola bilərsiniz.
Aşağıda isə digər bankların aktivlərinin həcmi ilə tanış ola bilərsiniz.