Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin doqquz aydakı aktivləri 15,2 milyard manat təşkil edib.
Bu barədə Milli Depozit Mərkəzidən məlumat verilib.
Məlumatda bunun ötən ilin üç rübü ilə müqayisədə 6,2 milyard manat (68,8 faiz) çox olduğu deyilib. Bu müddətdə MDM ilə bağlanılan müqavilələrin sayında da artım müşahidə olunub. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bağlanılan müqavilələrin sayı 20 faiz artaraq 42-yə, yeni açılmış hesabların sayı isə 1,9 faiz artaraq 426-ya çatıb.
axar.az