Aktivlərə görə dünyanın ən böyük 10 bankı | Banco.az

Aktivlərə görə dünyanın ən böyük 10 bankı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar qlobal maliyyə sisteminin mərkəzində yerləşir və onların sahib olduğu aktivlər kreditlərin, depozitlərin və likvidliyin iqtisadiyyatda hərəkət etməsinə kömək edir. Dünyanın ən böyük 50 bankının ümumi aktivləri 101,6 trilyon dollardır.

Banco.az CompaniesMarketCap-ın aprel məlumatlarına əsasən, aktivlərinə görə dünyanın ən böyük 10 bankını sıralayıb.

Rəqəmlər hər bir bankın ən son hesabat dövrü üçün ümumi aktivlərini təmsil edir və nağd pul və nağd pul ekvivalentlərini, kreditləri, investisiyaları, əmlakları və avadanlıqları əhatə edir. Çin və Amerika bankları ən çox aktivə sahibdirlər.

Reytinqin başında Çin bankları üstünlük təşkil edir. Dünyanın ən böyük dörd bankının hamısı Çinə məxsus kreditorlardır: ICBC, Çin Kənd Təsərrüfatı Bankı, Çin Tikinti Bankı və Çin Bankı.

Bu dörd qurum birlikdə 25,5 trilyon dollara və ya ən yaxşı 50 bankın ümumi 101,6 trilyon dollarlıq sərvətinin təxminən dörddə birinə sahibdir.

1. ICBC (Çin): 7,3 trilyon dollar

2. Agricultural Bank of China (Çin): 6,8 trilyon dollar

3. China Construction Bank (Çin): 6,2 trilyon dollar

4. Bank of China (Çin): 5,3 trilyon dollar

5. JPMorgan Chase (ABŞ): 4,4 trilyon dollar

6. Bank of America (ABŞ): 3,4 trilyon dollar

7. BNB Paribas (Fransa): 3,3 trilyon dollar

8. HSBC (Böyük Britaniya): 3,2 trilyon dollar

9. Credit Agricole (Fransa): 2,8 trilyon dollar

10. Mitsubishi UFJ Financial (Yaponiya): 2,7 trilyon dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram