Fiziki və ya hüquqi şəxslərin malik olduqları maşın və avadanlıqlar, binalar, pul vəsaitləri, bank depozitləri, qiymətli kağızlar, patentlər və digər bu kimi digər bütün maddi və qeyri-maddi mülkiyyət obyektlərə aktivlər deyilir.
Aktivlər xarakterinə görə iki böyük qrupa bölünür: maddi aktivlər və qeyrimaddi aktivlər. Maddi aktivlərə daşınmaz əmlak, pul vəsaitləri, qiy mətli kağızlar və s. bu kimi fiziki formaya malik olan monetar aktivlər, qeyri-maddi aktivlərə isə patentlər, müəllif hüquqları, ticarət markaları və s. bu kimi fiziki formaya malik olmayan tanına bilən qeyri-monetar aktivlər aiddir.
Dövlətin, müəssisənin, yaxud hər hansı fiziki şəxsin özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədilə dövriyyəyə buraxması, yaxud idarə etməsi də aktivlər adlandırılır. Hər hansı hüquqi və ya fiziki şəxsin özü nün sərbəst pul vəsaitlərini qiymətli kağızlara investisiya şəklində yatırması, yaxud dövlətin öz valyuta ehtiyatlarını mənfəət əldə etmək məqsədilə xarici aktivlərdə, eləcə də xarici valyutada saxlaması (idarə etməsi) da aktiv əməliyyatlara aiddir.
Banklar öz aktivlərini idarə etmək üçün həm məqsədli, həm də adi ehtiyyat ayırır. Bunlardan biri, bankın “standart aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyat, digəri isə bankın “qeyri-standart aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır.
Aktivlərin bölünməsi isə əsasən, mənfəət götürmək məqsədi ilə bazar qiyməti aktivlərin dəyərindən aşağı düşdüyü halda şirkətin səhmlərinin alınması yolu ilə aktivlərin əldə edilməsi və sonradan həmin aktivlərin hamısının və ya bir qisminin satılmasına deyilir.
Şirkətlər aktivləri iki məqsəd üçün idarə edirlər:
1) Müəyyən investisiya məqsədlərinə nail olmaq üçün müştərilərin vəsaitlərinin toplanması və investisiya portfelinin yaradılması (qiymətli kağızlara və ya digər aktivlərə yatırmaq) yolu ilə peşəkar səviyyədə idarə olunması kimi,
2) Şirkətə və ya banka məxsus maliyyə resurslarından gələn gəlirləri maksimallaşdırmaq məqsədilə onların idarə olunnması.
Adətən, aktivlərin idarə edilməsini investisiya şirkətləri və investisiya bankları həyata keçirir.
Aktivlər uzunmüddətli və qısamüddətli olduğu üçün müddətinə görə sıralanır. Ümumiyyətlə bu strategiya müxtəlif müddətlərə malik aktivlərə təqribən bərabər həcmdə investisiya qoyulması yolu ilə investisiya portfelinin formalaşdırılması istiqamətində keçirilir.
Aktivlər bir maliyyə aləti olduğundan bölüşdürülür. Ümumiyyətlə aktivlərin paylanması risklərin balanslaşdırılması məqsədi ilə tətbiq olunan investisiya strategiyasıdır. Bu strategiya mövcud vəsaitlərin müxtəlif aktivlər (səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri və s.), o cümlədən yerli və xarici aktivlər arasında paylanmasını nəzərdə tutur. Başqa sözlə, müxtəlif gəlirlilik və risk dərəcəsinə malik aktivlərdən ibarət investisiya portfelinin strukturunun formalaşdırılmasıına deyilir.
Aktivlər fond bazarında qiymətli kağızın təminatçısı kimi çıxış edərək dəyəri və ödənişləri müvafiq baza aktivlərindən gələn vəsaitlər hesabına formalaşan maliyyə alətinə çevrilir. Bu tip qiymətli kağızlar, adətən, avtomobil kreditləri və kredit kartı üzrə ödənişlər kimi kiçik və qeyri-likvid aktivlər hovuzunun sekuritizasiyası yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiyanın alternatividir.